Hörmüzdə KRİTİK SAATLAR: Müttəfiqlər ABŞ-ni niyə tək qoydu?

Hörmüzdə KRİTİK SAATLAR: Müttəfiqlər ABŞ-ni niyə tək qoydu?
16.03.2026 17:45 Təhlil

Dünya enerjisinin “şah damarı” hesab olunan Hörmüz boğazı ətrafında gərginlik geosiyasi qarşıdurmanın yeni mərhələsinə qədəm qoyur. 

ABŞ Prezidenti Donald Trampın İran tərəfindən blokadaya alınan bu strateji su yolunu açmaq üçün müttəfiqlərinə etdiyi "hərbi gəmilər göndərin" çağırışı gözlənilməz rədd cavabları ilə qarşılanıb. 


Vaşinqtonun ən yaxın tarixi müttəfiqi hesab olunan Britaniya, eləcə də Avstraliya və Yaponiya bu çağırışa "yox" deyərək, hərbi gəmilər əvəzinə alternativ yollar axtardıqlarını bəyan ediblər.   

Böyük Britaniyanın Baş naziri Kir Starmer administrasiyası regionda eskalasiyanı artırmamaq üçün donanmanı birbaşa əməliyyatlara cəlb etməkdən çəkinir və hazırda yalnız minaları aşkar edən pilotsuz uçuş aparatlarının (dronların) göndərilməsi variantını nəzərdən keçirir. Bənzər şəkildə Yaponiya və Avstraliya da  hərbi iştirakdan imtina edib.  


Bəs, Britaniya, Avstraliya və Yaponiyanın ABŞ-nin çağırışına qarşı bu ehtiyatlı davranışının arxasında hansı səbəblər dayanır? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Yaxın Şərqdə davam edən müharibəyə cəlb olunmaq bataqlığa düşmək kimi bir vəziyyət yaradır:  


“Bu bataqlığın hamını özünə çəkərək batırmaq qorxusu realdır. Bu baxımdan ərəb ölkələri, hətta onlara hücum edilməsinə baxmayaraq, müharibəyə qoşulmaqdan kənar durmağa çalışırlar. Ona görə də Böyük Britaniya, Avstraliya və Yaponiyanın bu müharibə regionuna hər hansı səbəbdən daxil olmaqdan ehtiyat etməsi təbiidir”.

Politoloqun sözlərinə görə, Britaniyanın öz tarixi müttəfiqi hesab olunan ABŞ-dən müəyyən məsafə saxlaması diqqət çəkir:

“Halbuki bu ölkələr vaxtilə İran və Əfqanıstan kampaniyalarında birgə hərəkət etmişdilər. İndi isə Böyük Britaniya məsələyə daha ehtiyatla yanaşır. Bunun müəyyən geosiyasi səbəbləri ilə yanaşı, görünən odur ki, Böyük Britaniyanın ABŞ-nin bu addımına münasibətdə fikir ayrılığı mövcuddur. Eyni zamanda vaxtilə İraq kampaniyasına qoşulan Böyük Britaniya Baş nazirinin sonradan parlamentdə sorğulanması da bu ehtiyatlı yanaşmaya təsir edən amillərdən biri ola bilər. Görünür ki, hazırkı Baş nazir Kir Starmer sonradan öz dövləti qarşısında məsuliyyətə cəlb olunacaq və ya sorğulanacaq bir vəziyyətə düşmək istəmir”.

Azər Qasımov hesab edir ki, Böyük Britaniyanın mövqeyi müəyyən mənada Donald Trampın yürütdüyü xarici siyasət xətti ilə də üst-üstə düşmür:


“Hesab edirəm ki, Starmer Donald Trampın yürütdüyü xarici siyasət xətti ilə tam razı deyil. Böyük Britaniyanın mövqeyinin Türkiyənin mövqeyinə yaxın olması isə müəyyən mənada yeni formalaşan güc mərkəzinin siyasi xətti ilə üst-üstə düşmür. Burada söhbət Böyük Britaniya və Türkiyənin formalaşdırdığı güc mərkəzindən gedir və Azərbaycan da bu güc mərkəzinin aktiv aktorlarından biri kimi çıxış edir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Arıqlamağın elmi sirri tapıldı: Bağırsaq bakteriyaları beyinə necə təsir edir? 00:31 Ayağı amputasiya olunmuş idmançı kosmosa uçmağa hazırlaşır 00:22 ABŞ-də 80 min nəfərlik "üzən şəhər" salınır 23:43 İƏT Bəhreyn və Küveytə hücumları pislədi 00:55 "Ferrari" komandası "Formula-1"də rekord müəyyənləşdirdi 00:20 Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 100-ü keçdi 23:27 Trampdan İrana sərt mesaj: “İki-üç həftəyə hər şeyi məhv edə bilərik” 00:44 Konqoda Ebola yoluxmuş beş məhbus qaçdı 23:46 Azərbaycanın minifutbol millisi Avropa çempionatında finala vəsiqə qazandı 00:00 İran ordusu ABŞ esminesinə hücum etdi - KİV 23:47 Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Bütün Xəbərlər