ABŞ Azərbaycana nə vaxt səfir təyin edəcək? – AÇIQLAMA

ABŞ Azərbaycana nə vaxt səfir təyin edəcək? – AÇIQLAMA
04.03.2026 16:41 Təhlil

Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib. 

Bəllidir ki, ABŞ-nin Bakıdakı səfir postu Donald Tramp hakimiyyətə qayıdandan - ikinci ildir boşdur.  

Bəs Birləşmiş Ştatlar nə vaxt hərəkətə keçəcək? Təyinatın gecikməsinə səbəb nə ola bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev ABŞ-nin Azərbaycana iki ildən artıqdır, səfir təyin etməməsi ilə bağlı bu günə qədər rəsmi şəkildə münasibət bildirilmədiyini diqqətə çatdırıb. 


Eyni zamanda o, Azərbaycan Xarici İşlər Nazirliyinin də vəziyyətin səbəblərinə dair açıqlamasını eşitmədiyini deyib:  

“İstənilən halda, bu günə qədər səfir təyin edilməməsinin müəyyən səbəbləri var, amma bunun nə ilə və kiminlə bağlı olduğu barədə fikir bildirmək çətindir. Artıq bir ildir ki, Donald Tramp rəsmi şəkildə prezident səlahiyyətlərinin icrasına başlayıb. Bu müddət ərzində o, Azərbaycanla bağlı müsbət fikirlər səsləndirib, Azərbaycan Prezidenti ilə dəfələrlə görüşüb, ən nəhayət, ABŞ vitse-prezident Ceyms Devid Vens Bakıya səfər edib və uğurlu danışıqlar aparıb. Belə bir şəraitdə ölkəyə fövqəladə və səlahiyyətli səfirin hələ də təyin olunmaması müəyyən təəccüb doğurur”.    

Ekspert izah edib ki, ABŞ-Azərbaycan arasında diplomatik münasibətlərin tarixinə baxdıqda, ölkəmizə səfir təyin olunması ilə bağlı yalnız bir dəfə problem yaşanıb:


“2010-cu ildə sabiq Prezident Barak Obama Metyu Brayzanı Azərbaycana səfir təyin edərək təsdiq üçün Konqresə göndərmişdi. Lakin Konqresdə erməni lobbisinin başlatdığı kampaniya nəticəsində səfir namizədin təsdiqi baş tutmamışdı. Konqresdə yaranan bu problem altı aydan çox davam etmişdi və həmin dövrdə də Azərbaycanda ABŞ səfiri yox idi. Nəticədə Barak Obama Konqresin sessiyalararası dövründə Nümayəndələr Palatasının razılığı olmadan Metyu Brayzanı 2010-cu ildə səfir təyin etdi. Yeri gəlmişkən, ABŞ Prezidentinin müəyyən hallarda belə bir səlahiyyəti var. Lakin bugünkü proseslərə qiymət vermək üçün hər hansı ilkin fikir bildirmək belə çətindir”. 

Elşən Mustafayev Ağ Evin tezliklə bu məsələni həll edəcəyini düşünür:

“Ən azı əminəm ki, Azərbaycan və ABŞ rəsmiləri bu barədə artıq müəyyən məsləhətləşmələr aparıblar. Çünki hazırda iki ölkə arasında diplomatik münasibətlərin bu şəkildə qalması üçün ciddi səbəb görünmür”.

Xatırladaq ki, ABŞ-nin ölkəmizdəki son səfiri Mark Libbi olub. 

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
"Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Bütün Xəbərlər