"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı

"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı
25.07.2025 12:29 Sosial

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 6-cı həftəsi reallaşdırılıb.

TodayPress TV xəbər verir ki, açılış mərasimində iştirakçılara düşərgə çərçivəsində baş tutacaq tədbirlər izah edilib.

Xanbulan gölünə ekskursiya, boulinq və hoteldaxili əyləncə, hovuz, parkur saatları, oxatma təlimi, “ABAD”ın dulusçuluq ustad dərsi uşaqların xoş marağına səbəb olub.

“Leyla Medical Center” tərəfindən ilkin tibbi yardım barədə təşkil olunan təlimdə müvafiq sahədə yeni biliklər mənimsənilib.

“Nar”ın baş icraçı direktoru Qunnar Panke və ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət direktoru Hökümə Kərimova uşaqların çoxsaylı suallarını cavablandırıblar.

Texnoblogger Fərid Pərdəşünasın təqdimatında süni intellekt və gələcək peşə seçimi mövzusunda maarifləndirici təlim də təşkil olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin pilotu və təyyarə bələdçisi ilə görüşdə uçuş təhlükəsizliyi barədə maraqlı müzakirələr aparılıb, düşərgə iştirakçılarına hədiyyələr təqdim olunub.

Tanınmış televiziya və radio aparıcısı, “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova tərəfindən şeirlərin və mətnlərin doğru səsləndirilməsi izah edilib, real şərti təcrübələr edilib. Görüş çərçivəsində aktiv iştirakçılara müəllifin kitabları hədiyyə edilib.

“Digital Umbrella” şirkətinin nümayəndələri ilə “CİS və Peyk Tədqiqatı” və “Süni Zəka: Həyatımızın gizli köməkçisi” adlı təlimdə iştirakçılar peyk təsvirləri üzərində işləməyi öyrənib, coğrafi informasiya sistemlərinin real həyatda tətbiqləri ilə tanış olublar.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə tanınmış estrada ulduzları Elçin Cəfərovun və Çinarə Məlikzadənin konsert proqramları eləcə də aktyorlar İlkin Həsəni, Ramil Babayev və Elşən Orucovla görüş baş tutub. 

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr verilib. Sözügedən hədiyyələr “Baku Electronics” MMC-nin nəzdində fəaliyyət göstərən “Təkan Fondu” tərəfindən təqdim edilib. 

Düşərgə çərçivəsində "AMO Corporate Group"un əməkdaşları da uşaqlarla görüşüb, hədiyyələrini veriblər. 

Həftə ərzində Əbilşah Məmmədovun doğum günü də qeyd olunub.

FOTOLAR

"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 1
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 2
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 3
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 4
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 5
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 6
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 7
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 8
"YAŞAT" düşərgəsinin 6-cı həftəsi reallaşdırıldı — 9
XƏBƏR LENTİ
01 IYUN 2026
Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Bütün Xəbərlər