Xankəndinin baş planı təqdim ediləcək

Xankəndinin baş planı təqdim ediləcək
13.05.2026 14:52 Sosial

Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.

TodayPress TV xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Xankəndidə keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxış edən E. Yusubov bildirib ki, şəhərin baş planı yaxın vaxtlarda hazır olacaq və bu barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək: “Hazırda şəhərin inkişaf konsepsiyası qərb şirkətləri tərəfindən hazırlanır. Plan çərçivəsində Xankəndinin “gənclər şəhəri” kimi inkişaf etdirilməsi nəzərdə tutulur. Şəhərdə təhsil və sosial infrastrukturun genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Xüsusilə, Qarabağ Universiteti üçün geniş ərazi ayrılıb və burada təhsil alan tələbələr üçün müasir, rahat şəraitin yaradılması planlaşdırılır. Eyni zamanda burada tələbə və müəllim heyətinin ümumi şəhər əhalisinin təxminən 12–15 faizini təşkil edəcəyi qeyd olunur. Layihəyə əsasən, Xankəndi şəhərinin gələcəkdə təxminən 80 min nəfərlik əhaliyə malik müasir şəhər kimi formalaşdırılması nəzərdə tutulur. Bir sözlə, Xankəndi müasir şəhərə çevriləcək və burada həyata keçirilən bütün layihələr şəhərin qısa zamanda dayanıqlı inkişafına uyğun şəkildə icra olunur”.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 All News