Sosial müavinətlərin statistikası açıqlandı

Sosial müavinətlərin statistikası açıqlandı
25.08.2025 12:49 Sosial

2025-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 166,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 152,1 min) nəfər, əlilliyə görə - 42,1 min nəfəri əlilliyi olan uşaqlar olmaqla, cəmi 221,2 min (müvafiq olaraq 44,0 min və 219,2 min) nəfər, ailə başçısını itirməyə görə - 52,1 min (54,5 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (22,6 min) nəfər olub.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 167 nəfər qəyyumuna (himayəçisinə) aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,0 min ailəsinə 5,9 min uşaq üçün aylıq müavinət verilib.

"Bundan əlavə, 3215 nəfər bir yaşınadək uşağı olan 3120 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən əlilliyi olan 32 uşağa görə 31 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,8 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 284 şəxsə isə kompensasiya verilib. Həmçinin 2025-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 18,0 min ailəyə 18,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, 3,4 min nəfərə dəfn üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 2,8 min nəfərə birdəfəlik müavinətlər verilib",- məlumatda qeyd edilib.

Bildirilib ki, 2025-ci il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 100,37 manat təşkil etmişdir. Həmçinin müxtəlif kateqoriyadan olan 403,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunmuşdur.

XƏBƏR LENTİ
01 IYUN 2026
184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 Bütün Xəbərlər