Qadın 7 ay qarnında yad cisimlə gəzdi

Qadın 7 ay qarnında yad cisimlə gəzdi
12.05.2026 19:20 Sosial

İtaliyada 53 yaşlı qadının qarın boşluğunda əməliyyat zamanı unudulmuş cərrahi qayçı yeddi ay sonra aşkar edilib.

TodayPress TV xəbər verir ki, hadisə barədə “L’Unione Sarda” məlumat yayıb.

Məlumata görə, qadın 25 oktyabr 2025-ci ildə özəl klinikada qarın plastikası əməliyyatı keçirib. Evə qayıtdıqdan sonra o, güclü ağrılardan şikayətlənib və huşunu itirib. Özünə gəldikdən sonra xəstəxanaya müraciət edib. Lakin həkimlər onun vəziyyətinin əməliyyatdan sonrakı dövr üçün normal olduğunu bildiriblər və infeksiya ehtimalı ilə antibiotik müalicəsi təyin ediblər.

Buna baxmayaraq, müalicə effekt verməyib. 2026-cı ilin may ayında aparılan kompüter tomoqrafiyası müayinəsi zamanı qadının qarın boşluğunda cərrahi qayçı aşkar olunub. Beləliklə, pasiyent yeddi ay boyunca həmin yad cisimlə yaşayıb.

Səhv edən cərrah daha sonra qadına qayçının çıxarılması üçün təkrar əməliyyat təklif etsə də, pasiyent buna razı olmayıb. Hazırda o, başqa bir klinikada müalicəsini davam etdirməyi gözləyir.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 All News