“Barselona” ulduzundan Lamin Yamal etirafı!
“Barselona” klubunun cinah hücumçusu Rafinya komandasında niyə sağ cinahda çıxış etmədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.
Braziliyalı futbolçu bu məsələdə komanda yoldaşı Lamin Yamalnın böyük rol oynadığını deyib:
“Barselonaya gələndə yalnız sağ cinahda oynamaq istəyirdim. Amma həmin mövqedə Laminlə rəqabət apara bilmərəm. O, qeyri-adi istedaddır. Buna görə də digər mövqelərə uyğunlaşmalı oldum”.
Qeyd edək ki, “Barselona” 2025/2026 mövsümündə İspaniya çempionu olub. Kataloniya təmsilçisi La Liqanı 94 xalla başa vuraraq ən yaxın izləyicisi “Real Madrid”i 8 xal qabaqlayıb.
Rafinya başa çatan mövsümdə La Liqada 22 oyunda meydana çıxaraq 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN