Milli Observatoriyanın yaradılmasından 6 il ötür

Milli Observatoriyanın yaradılmasından 6 il ötür
04.07.2025 12:15 Sosial

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 6 il ötür.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən məlumata görə, Milli Observatoriya əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya sahələri üzrə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə monitorinq, təhlil və tədqiqat, proqnozlaşdırma işlərini yerinə yetirir.

Həmin fəaliyyəti ilə, eyni zamanda, əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və məşğulluq sahəsində dövlət proqramlarının inkişafına dəstək verir.

Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyənləşdirilməsi Milli Observatoriyanın əsas vəzifələri sırasındadır. Bu məqsədlə mütəmadi olaraq ölkə üzrə işəgötürənlər və müxtəlif əhali qrupları ilə sorğular keçirilir.

Ötən müddət ərzində qurum tərəfindən 21 min respondent arasında sorğular təşkil edilib. Həmçinin 800 mindən artıq tələbə və məzunun müxtəlif istiqamətlər üzrə təhsilə dair göstəriciləri, 1,3 milyondan çox əmək müqaviləsi məlumatları və 200 min vakansiya məlumatları təhlil olunub.

Milli Observatoriyanın əmək bazarının araşdırılması, şəffaf sorğu prosesinin keçirilməsi və tədqiqat nəticələrini əhatə edən fəaliyyəti, etibarlı təhlil nümunələri, təlim sahəsində göstərdiyi xidmətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Təkcə bu il qurum 3 beynəlxalq mükafata layiq görülüb.

Müvafiq beynəlxalq və yerli mərkəzlərlə, ali təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən Milli Observatoriyanın təhlil-tədqiqat mərkəzi olaraq əsas hədəfi regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməkdir.

FOTOLAR

Milli Observatoriyanın yaradılmasından 6 il ötür — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
"Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 184 dərmanın qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 Bütün Xəbərlər