Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü
05.06.2025 13:59 Sosial

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi növbəti dəfə ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına layiq görülüb.

Bu barədə TodayPress TV-yə FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Agentlik bununla bağlı beynəlxalq audit və qiymətləndirmə prosesindən uğurla keçib.

Qeyd edilib ki, ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə təsis olunub və rüşvətlə mübarizə sahəsində dünya üzrə qəbul edilmiş yeganə beynəlxalq standartdır.

Bu sistemin tətbiqi Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyən olunması, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, həmçinin qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahələrində üstünlüklər əldə etməsinə imkan verir. Eyni zamanda, maraqlı tərəflərə Agentlik tərəfindən rüşvət hallarının qarşısının alınması üçün müsbət addımların atıldığına dair təminat verir. Rüşvət əleyhinə ən yaxşı təcrübələri özündə birləşdirən ISO 37001 standartı idarəetmədə şəffaflığın artırılmasına da zəmin yaradır.

Xatırladaq ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi ISO 37001 – “Rüşvətə qarşı idarəetmə sistemi” beynəlxalq sertifikatına ilk dəfə 24 iyun 2022-ci ildə layiq görülüb.

FOTOLAR

Dövlət Agentliyi beynəlxalq sertifikata layiq görüldü — 1
XƏBƏR LENTİ
02 IYUN 2026
"Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Bütün Xəbərlər