Hikmət Hacıyev: "Forumda müxtəlif ideyalar və baxışlar formalaşır"

Hikmət Hacıyev: "Forumda müxtəlif ideyalar və baxışlar formalaşır"
20.07.2025 10:50 Siyasət

Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər.

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. “Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.

Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi”, - deyə H.Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir:

“Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək”.

Prezidentinin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib:

“İlk Azərbaycan qəzetini “Əkinçi”nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, “Əkinçi”də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.

Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik”.

XƏBƏR LENTİ
02 IYUN 2026
Avropa çempionatı: İlk yarımfinalçılar məlum oldu 23:50 İran ABŞ ilə sövdələşmə qapısını tam bağlamır, lakin.. 23:36 Ebola can almağa davam edir: Ölənlərin sayı 60-a çatdı 23:21 Maştağada güclü yanğın başladı - VİDEO 23:35 Belçika yoldaşlıq oyununda Xorvatiyaya qalib gəldi 22:59 Ərdoğan ilə Paşinyan arasında telefon danışığı baş tutdu 23:17 BƏƏ-dən İLK: Çoxməhsullu neft kəməri inşa edilir 23:03 Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək 22:16 “Ruslar bizim Ermənistandakı mövcudluğumuzdan narazıdırlar" - Rubio Moskvaya işarə etdi 22:46 İsveç bu şəxslər üçün yaşayış icazəsi şərtlərini sərtləşdirir 21:03 Türkiyə millisi Dünya Çempionatı üçün ABŞ-yə yola düşdü 22:32 Bu ölkə məktəblərdə telefondan istifadəni qadağan etdi 21:00 Bakıda güclü külək binanın fasadını uçurtdu – VİDEO 20:50 "Danışıqlar fasiləsiz davam edir" - Tramp bəyan etdi 21:40 Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı 20:38 İsrail və Livanda nə baş verir? 21:25 Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar 21:15 Bakı daha bir mühüm tədbirə ev sahibliyi edəcək 20:27 Türkiyədən Yaxın Şərqlə bağlı diqqətçəkən açıqlama: "İsrail sabitliyə can atmır" 18:45 "Bütün dünya buna qarşıdır" - Rubio İrana qarşı beynəlxalq mövqedən danışdı 20:23 ABŞ kəşfiyyatında yeni dövr: Trampdan mühüm təyinat 18:59 İran iqtisadiyyatı SOS siqnalı verir: 1942-ci ildən bəri ən ağır inflyasiya 20:19 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ 19:42 Əfqanıstanın Baş naziri İlham Əliyevi təbrik etdi 20:08 Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxıldı 20:02 Bütün Xəbərlər