Zehni sağlamlığı necə qorumaq olar?

Zehni sağlamlığı necə qorumaq olar?
04.12.2025 19:30 Sağlamlıq

Mütəxəssislər bildirirlər ki, 80-90 yaş və üzərində olan insanların zehni aydınlığını qorumasında ən vacib amillərdən biri aktiv sosial həyatdır.

TodayPress TV xəbər verir ki, fiziki fəaliyyət və düzgün qidalanma yaşlanma ilə bağlı beyin dəyişikliklərini ləngidə bilər.

Lakin aydın düşüncəni uzun müddət saxlayan insanları digərlərindən əsasən onların sosial fəallığı fərqləndirir.

Tədqiqat nəticələri göstərir ki, uzunömürlü şəxslərdə beynin emosiyalara nəzarət, davamlı diqqət və sosial ünsiyyətlə bağlı hissələri daha yaxşı inkişaf edib. Bu isə sosial qarşılıqlı əlaqənin beyin üçün kompleks bir məşq rolunu oynadığını göstərir. İnsanlar ünsiyyətdə olduqda yaddaş, empatiya, nitq qavrayışı və diqqət kimi funksiyalara cavabdeh olan neyron şəbəkələri eyni anda aktivləşir və bu proses idrak qabiliyyətlərinin qorunmasına güclü təsir göstərir.

Bundan başqa, dərin sosial əlaqələrin hormonal balansı da müsbət təsirlədiyi vurğulanır. Ünsiyyət stress hormonu olan kortizolun səviyyəsini aşağı salmağa, eyni zamanda oksitosin və dopamin kimi emosional yaxınlıq, motivasiya və öyrənmə ilə bağlı hormonların istehsalını artırmağa kömək edir. Bu faktorların toplam təsiri isə beyni daha uzun müddət sağlam və çevik saxlayır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 All News