Ombudsman Filippo Qrandiyə məktub ünvanladı

Ombudsman Filippo Qrandiyə məktub ünvanladı
27.05.2025 10:55 Siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlı soydaşlarımızın qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, soydaşlarımızın indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib.

Məktubda qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ vardır.

Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı qeyd olunub.

Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini vurğulayıb.

Həmçinin bu həssas məsələnin BMT-nin aidiyyəti hesabatlarında və tövsiyələrində əks olunmasına dəstək göstərməyə çağırıb, bu kimi fəaliyyətin bölgədə uzunmüddətli sülhə və ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

XƏBƏR LENTİ
31 MAY 2026
"Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Bütün Xəbərlər