Uill Smit ekranlara geri qayıdır
Aktyor Uill Smit rejissor Devid Qordon Qrinin çəkəcəyi “Supermaks” adlı döyüş filmində baş rolda çıxış edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.
Film Smitin 2022-ci ildə Oskar mərasimində baş verən qalmaqaldan sonra ilk böyük orijinal layihəsi olacaq. Həmin hadisədə aktyor komediyaçı Kris Roka səhnədə yumruq vurmuşdu.
Yeni ekran işi dünyanın ən təhlükəsiz həbsxanasında baş verən faciəvi hadisəni araşdıran iki FTB agenti ətrafında cərəyan edir. Məlumata görə, filmdə Smitin tərəf müqabili hələ müəyyən edilməyib.
Çəkilişlərin avqustun ortalarında başlaması planlaşdırılır. Filmin kinoteatrlarda deyil, birbaşa “Prime Video” platformasında yayımlanacağı gözlənilir.
Türkan İsgəndərli