Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü

Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü
15.11.2025 12:54 Mədəniyyət

UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilən və bu il Avropa İttifaqında ilk “ənənəvi məhsul adı” kimi qeydiyyata alınan türk qəhvəsi 5 dekabr Dünya Türk Qəhvəsi Günündə yenidən qlobal diqqətin mərkəzinə çevrilib.

TodayPress TV xəbər verir ki, hər il 5 dekabrda qeyd olunan Dünya Türk Qəhvəsi Günü bu qədim içkinin mədəni və tarixi əhəmiyyətini bir daha gündəmə gətirir.

Zəngin ətri və özünəməxsus hazırlanma üsulu ilə seçilən türk qəhvəsi UNESCO-nun 2013-cü ildə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu il isə türk qəhvəsi Türkiyənin Avropa İttifaqında rəsmi qeydiyyata alınan ilk “ənənəvi məhsul adı” olaraq qlobal səviyyədə xüsusi tanınma əldə edib.

XVI əsrdə Yəmən vasitəsilə Osmanlıya gətirilən türk qəhvəsi qısa müddətdə böyük populyarlıq qazanaraq ilk qəhvəxanaların yaranmasına səbəb olub. Zamanla bu içki yalnız gündəlik zövq deyil, həm də sosial həyatın mərkəzi elementinə çevrilib — dostluqları, ailə bağlarını və ənənələri bir araya gətirən ritual kimi qorunub.

Türk qəhvəsinin hazırlanma üsulu bu günə qədər qorunub saxlanılan ən qədim qəhvə bişirmə metodlarından biridir. Xırda üyüdülmüş dənələr soyuq su ilə “cezve”də dəmlənir və yavaşca bişirilərək xüsusi köpük əldə olunur. Qəhvə ənənəvi olaraq kiçik porselen fincanda, yanında su və lokumla təqdim edilir.

Türkiyənin müxtəlif bölgələri türk qəhvəsinə özünəməxsus çalarlar qatır. Egey bölgəsində saqqızlı qəhvə, Qaziantepdə Avropa İttifaqının Coğrafi İşarə qeydiyyatına malik menengiç qəhvəsi, Şərq bölgələrində isə kəskin dadı ilə seçilən mırrə geniş yayılıb.

Qeyd edək ki, beş əsri geridə qoyan türk qəhvəsi bu gün də Türkiyənin ən dəyərli mədəni simvollarından biri olaraq qalır. “Bir fincan qəhvənin qırx il xətri var” deyimi kimi, bu içki hər qurtumunda ənənə, qonaqpərvərlik və zəngin mədəni irsin hekayəsini yaşadır.

TodayPress TV

PHOTOS

Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü — 1
Hər qurtumda bir hekayə: Dünya Türk Qəhvəsi Günü — 2
NEWS FEED
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 All News