Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu
19.09.2025 12:57 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

TodayPress TV xəbər verir ki, sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.

Ədəbi fəaliyyətə 70-ci illərdə başlayan və türkçülük, vətəndaşlıq poeziyamızın görkəmli nümayəndələrindən olan Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. Əsərləri polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

2000-ci illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Qismət Rüstəmovun müxtəlif illərdə  "Vitrin", "Meqapolis hüznləri", "Qumru əlifbası", "Tanış küçələrin birində" kimi şeirlər, "Gələcəyin tarixi" və "Güzgülü pərdə" adlı esselər kitabları işıq üzü görüb. Eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Q.Rüstəmov dünya ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.

TodayPress TV

FOTOLAR

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu — 1
Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu — 2
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər