Naxçıvanın builki xərclərinin strukturu açıqlandı

Naxçıvanın builki xərclərinin strukturu açıqlandı
07.01.2026 23:30 Maliyyə

Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin əsas göstəriləri açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi sosial şəbəkə hesablarında məlumat yayıb.

Növbəti il üçün büdcənin gəlirləri və xərcləri 483 milyon 178 min manat həcmində proqnozlaşdırılıb.

Büdcə gəlirlərinin strukturunda 271 milyon 550 min manat yerli daxilolmalar, 211 milyon 628 min manat isə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan dotasiya təşkil edir. Gəlirlərin proqnozu üzrə ötən ilin büdcəsi ilə müqayisədə yerli daxilolmaların həcmi 74 milyon 85 min manat artıb, dotasiyanın həcmi isə 64 milyon 120 min manat azalıb. Bu da regionun maliyyə müstəqilliyinin gücləndiyini göstərir.

2026-cı ildə xərclərin funksional təsnifat üzrə bölgüsü də müəyyənləşdirilib. Ən böyük vəsait təhsil sahəsinə yönəldilərək 157 milyon 479 min 439 manat təşkil edir. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün 86 milyon 138 min 775 manat, ümumi dövlət xidmətlərinə isə 74 milyon 484 min 856 manat vəsait ayrılıb.

Büdcə xərcləri çərçivəsində iqtisadi fəaliyyətə 43 milyon 655 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 26 milyon 29 min 956 manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 27 milyon 800 min manat yönəldiləcək.

Bundan əlavə, mənzil və kommunal təsərrüfatı üçün 16 milyon 862 min 549 manat, ətraf mühitin mühafizəsinə 14 milyon 168 min 630 manat, səhiyyəyə 13 milyon 77 min 205 manat, sosial müdafiə və sosial təminata 12 milyon 705 min 590 manat, kənd təsərrüfatına isə 10 milyon 776 min manat ayrılması nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
05 IYUN 2026
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrıldı 15:25 İranla Azərbaycanı toqquşdurmaq istəyən QLOBAL GÜCLƏR KİMDİR? 15:22 Su təsərrüfatı və meliorasiya işçiləri təltif edildi - SƏRƏNCAM 15:23 Rusiya rəsmisi azərbaycanlı dənizçilərin ölümünə reaksiya verdi 15:11 Rəsmi addım yaxınlaşır: İtaliano “Beşiktaş”ın sükanı arxasında! 15:07 CNN Azərbaycandan nə istəyir? — Mətbuat Şurasından REAKSİYA 14:57 Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir 14:55 Argentina əfsanəsi Skaloninin uğur formulunu açıqladı! 14:41 CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edirik - RƏSMİ 14:29 CNN Azərbaycana şər atdı - Mediadan açıqlama gəldi 14:25 Zelenski və Putin görüşü baş tutacaq? 14:24 “Sabah” Avstriyada güc toplayacaq, üç oyuna çıxacaq! 14:22 Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA 14:20 Haftəsonu planı quranlar DİQQƏT! Bakıda hava... 14:11 5 həmyerlimizin həlak olduğu hücumun ANBAAN GÖRÜNTÜLƏRİ 13:58 Putindən Bakıya qəfil zəng: Tək çarəmiz sizsiniz 13:53 Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım etdi 13:45 Azərbaycanlı deputatlar Ermənistanda seçici olsaydılar, namizədlərdən tələbləri nələr olardı? 13:22 25 vətəndaşımızın olduğu gəmi bombalandı - 5 nəfər öldü, yaralananlar var 13:29 Xəzər dənizi olmadan Azərbaycan nə edəcək? 13:14 “20 Yanvar”ın taleyi dəyişir? - Bir müddət sonra yenə eyni problem yaranacaq 13:09 KFC müştəriləri “başından etməyə” çalışır - DİQQƏTLİ OLUN! 13:02 Xəzər quruyur - Prezident həyəcan təbili çaldı 12:58 Nurməhəmmədov karyerasının ən vacib qazancını açıqladı! 12:47 Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib 12:38 Bütün Xəbərlər