Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını kəskin artırdı

Britaniya şirkəti Azərbaycanda qızıl hasilatını kəskin artırdı
15.07.2025 10:47 Maliyyə

Azərbaycan üzrə fəaliyyət göstərən və AIM birjasında listinqdə olan Böyük Britaniyanın qızıl, mis və gümüş hasilatçısı "Anglo Asian Mining" (AAM) şirkəti bu ilin ilk yarısında Azərbaycanda qızıl hasilatını kəskin artırıb.

TodayPress TV xəbər verir ki, şirkət 2025-ci ilin ilk yarısında qızıl hasilatını ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıraraq 12 115 unsiyaya çatdırıb.

Hesabata əsasən, cari ilin II rübündə qızıl hasilatı 6 086 unsiya təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir (II rüb, 2024: 2 438 unsiya). Şirkətin ümumi hasilatı isə 8 293 qızıl ekvivalent unsiyası olub.

Artıma əsas səbəb may ayında istismara verilmiş Gilar mədəni olub. Qeyd edilir ki, Gilar yatağından rüb ərzində 106 510 ton filiz hasil edilib. Filizin orta tərkibi 1,23 qr/t qızıl və 0,84% mis təşkil edib.

Bununla yanaşı, mis hasilatı da kəskin artaraq ilin ilk yarısında 1 188 ton olub (I yarı 2024: 100 ton). Gümüş hasilatı isə 5 dəfə artaraq 62 354 unsiyaya çatıb.

Şirkət hesabat dövründə ümumilikdə 9 781 unsiya qızıl külçəsi satıb. Satışların orta qiyməti 3 077 ABŞ dolları olub. Yarımil ərzində AAM 1,8 milyon dollar müsbət pul axını formalaşdıraraq xalis borcunu 13,0 milyon dollara endirib.

Şirkətin baş direktoru Rza Vəziri bildirib ki, Gilar mədəni istismara veriləndən sonra hasilatda əhəmiyyətli artım müşahidə olunub. Onun sözlərinə görə, yaxın aylarda Demirli yatağında da hasilat işlərinə başlanılması planlaşdırılır ki, bu da şirkətin çox-aktivli hasilatçıya çevrilməsində mühüm rol oynayacaq.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər