ARDNF-ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edildi

ARDNF-ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edildi
31.07.2025 10:47 Maliyyə

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ölkənin payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərini təkmilləşdirməli, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görməli, bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanı artırmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir.

Bundan başqa, Palata Fonda aşağıdakıları tövsiyyə edib:

- Likvidlik göstəricilərində, xüsusilə cari hesab qalığında müşahidə olunan aylar üzrə dəyişkənliyin və ilin sonunda baş verən əhəmiyyətli artımın səbəblərinin təhlil olunması, vəsaitlərin il ərzində daha balanslı və məqsədyönlü idarə olunmasını təmin etmək məqsədilə likvidlik planlaşdırmasının təkmilləşdirilməsi, bu prosesin Fondun xərcləri və öhdəliklərinin icra dinamikası ilə uyğunlaşdırılması;

- Fondun özəl səhmlər alt portfelinin hədəf gəlirliliyi ilə müqayisədə aşağı performans göstərməsi fonunda bu aktiv sinfinin səmərəliliyinin artırılması məqsədilə portfelin sektor və coğrafiya üzrə diversifikasiyası, aktivlərin həyat dövrü, likvidlik profili, risk–gəlir nisbəti və idarəedici menecerlərin effektivliyi kimi əsas göstəricilər üzrə təhlilin gücləndirilməsi, aşağı gəlirliliyin səbəbləri müəyyənləşdirilməli və onların aradan qaldırılmasına yönəlmiş konkret və məqsədyönlü tədbirlər planı hazırlanması;

- Özəl səhmlərə dair investisiya qərarlarının qəbulunu tənzimləyən institusional çərçivənin təkmilləşdirilməsi, layihə seçimi və qiymətləndirmə meyarlarının nəticəyönlü indikatorlarla gücləndirilməsi, eləcə də bu aktiv sinfi üzrə performansın davamlı monitorinqini və hesabatlılığını təmin edən effektiv idarəetmə mexanizmlərinin tətbiqi;

- Daşınmaz əmlak alt portfeli üzrə hədəflənmiş strukturun formalaşdırılması üçün tələb olunan vaxt, eləcə də məqbul bençmarkların seçilməsi və təsdiqi üzrə görülmüş tədbirlər nəzərə alınmaqla, alt portfel üçün yekun bençmarkın təsdiqi və bu istiqamətdə Fondun fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin nəzərdən keçirilməsi;

- Fondun strateji məqsədləri və vəzifələri, o cümlədən idarəetmədə olan vəsaitlərin gələcək nəsillər üçün qorunub saxlanılması nəzərə alınaraq, vəsaitlərin idarə olunmasında real gəlirlilik meyarının əsas prinsiplərdən biri kimi müəyyənləşdirilməsi, bu yanaşmanın müvafiq qiymətləndirmələrdə və bençmark seçimində nəzərə alınması;

Bundan başqa, Palata bəyan edib ki, 2024-cü ildə Fondun daşınmaz əmlak alt portfeli üzrə mənfi gəlirlilik ( -2,9 %) müşahidə olunub. Bu mənfi göstərici əsasən qlobal daşınmaz əmlak bazarında müşahidə edilən durğunluqla izah edilsə də, bu alt portfel üzrə risklərin, o cümlədən tərəfdaşlar ilə risklərin bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi, gəlirlilik və risk arasında optimal balansı təmin edəcək meyarların müəyyən edilməsi, habelə aktivlərin portfeldə saxlanılması və ya satılması imkanlarının müvafiq bazar konyukturasına uyğun qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədəuyğun hesab olunur.

XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər