Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənildi

Naxçıvanda fermerlərə taxıl əkinləri üçün 3,7 milyon manatdan çox subsidiya ödənildi
29.08.2025 11:43 Kənd Təsərrüfatı

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin taxıl biçini yekunlaşıb.

TodayPress TV xəbər verir ki bu il muxtar respublika üzrə ümumilikdə 17 582,7 hektar sahədə taxıl əkilib.

Bunun 16 946,5 hektarını payızlıq, 636,2 hektarını isə yazlıq əkinlər təşkil edib. Əkin sahələrinin 8 275,8 hektarında buğda, 9 306,9 hektarında isə arpa yetişdirilib.

Biçin nəticəsində ümumilikdə 37 648,8 ton məhsul əldə olunub. Bu məhsulun 18 136,9 tonu buğda, 19 511,9 tonu isə arpa olub. Muxtar respublika üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar təşkil edib. Ən yüksək məhsuldarlıq göstəricisi 36,8 sentner/hektar Sədərək rayonunda qeydə alınıb. 

Bu il Naxçıvanda taxıl əkininə görə 5 512 fermerə ümumilikdə 3,7 milyon manatdan çox  subsidiya ödənilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində mövsümün nəticələri və qarşıdan gələn əkin dövrünə hazırlıqla bağlı keçirilən iclasda komissiya yaradılıb. Yeni yaradılmış komissiya payızlıq əkinlərin proqnozlaşdırılması, istehsalçıların kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının öyrənilməsi, aqrotexniki tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də Naxçıvanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat işlərini tənzimləyəcək. Bununla yanaşı, suvarma işlərinin səmərəli təşkili və əkinlərin optimal müddətdə aparılması da komissiyanın əsas fəaliyyət istiqamətləri sırasında yer alır.

Komissiyanın fəaliyyəti çərçivəsində görüşlər keçiriləcək, əkin prosesinin gedişi ilə bağlı operativ və məqsədyönlü tədbirlərin icrası təmin ediləcək

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər