Aqrar sektor 1,4 % böyüdü

Aqrar sektor 1,4 % böyüdü
11.07.2025 15:23 Kənd Təsərrüfatı

Bu ilin I yarısında Azərbaycanda 6 milyard 640 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,8 % artaraq 3 milyard 166,9 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % artaraq 3 milyard 473,1 milyon manat təşkil edib.

İyulun 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 125,4 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,6 % çox dənli və dənli paxlalı bitkilər, 820,8 min ton və yaxud 4,5 % az tərəvəz, 367 min ton və yaxud 2,5 % çox kartof, 186,5 min ton və yaxud 6,8 % çox meyvə və giləmeyvə, 129,2 min ton və yaxud 1,1 % çox bostan məhsulları, 13,7 min ton və yaxud 27,3 % çox şəkər çuğunduru, 648,5 ton və yaxud 13,3 % çox tütün, 572,1 ton və yaxud 15,4 % çox yaşıl çay yarpağı yığılıb.

Yanvar-iyun aylarında diri çəkidə 293,5 min ton ət, 1 137,4 min ton süd, 1217,3 milyon ədəd yumurta, 13,4 min ton yun, 186,2 ton barama istehsal olunub. Ötən ilin 6 ayı ilə müqayisədə yumurta istehsalı 2,4 %, ət istehsalı 1,1 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 3 %, barama istehsalı 22,2 % azalıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Bütün Xəbərlər