KOBİA: "Sahibkarlara 70-ə yaxın ödənişsiz təlim təşkil olunub"

KOBİA: "Sahibkarlara 70-ə yaxın ödənişsiz təlim təşkil olunub"
11.07.2025 12:47 İqtisadiyyat

Bu ilin ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara 70-ə yaxın ödənişsiz təlim təşkil olunub.

TodayPress TV KOBİA-ya istinadən xəbər verir ki, təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq əsasən satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.

Təlimlərdə ümumilikdə Bakı və ölkə regionlarından olmaqla 470-ə yaxın biznes subyekti və potensial sahibkar iştirak edib. Daha çox KOB subyektinin ödənişsiz təlimlərdən yararlanması üçün bəziləri onlayn formatda təşkil olunub.

Eyni zamanda KOBİA-nın yaratdığı video təlim platformasındakı onlayn təlim videolarından 301 nəfər ödənişsiz faydalanıb.

Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı KOBİA tərəfindən cari ilin I yarısında 140 sahibkara və biznesə başlamaq istəyən şəxsə peşəkar məsləhət xidməti göstərilib.

Agentliyin dəstəyi ilə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə biznesin qurulması və genişləndirilməsi məqsədilə ödənişsiz olaraq 128 biznes plan hazırlanıb.

Ümumilikdə, bu ilin birinci yarısında KOB subyektlərinin biznes üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq sahəsində lazımi informasiya ilə təmin olunması üçün KOBİA-nın təlim, məsləhət xidməti, biznes planın hazırlanması, video təlim platforması kimi dəstək alətlərindən 900-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər