Fındıq istehsalçıları ilə subsidiya mexanizmləri və vergi güzəştləri müzakirə olundu

Fındıq istehsalçıları ilə subsidiya mexanizmləri və vergi güzəştləri müzakirə olundu
13.08.2025 12:33 İqtisadiyyat

Azərbaycanda fındıq istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə subsidiya mexanizmləri və vergi güzəştləri ilə bağlı məsələlər müzakirə olunub.

Bu barədə TodayPress TV-yə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.

Bildirilib ki, AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Zaqatalada Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyinin Şəki-Zaqatala regional bölməsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Zaqatala Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə fındıq istehsalçıları ilə görüş keçirilib. Görüşdə Azərbaycanın fındıq istehsalı və ixracında əsas paya malik olan, sektoru təmsil edən 12 aparıcı şirkətin nümayəndələri iştirak edib.

Tədbirdə fındıq istehsalı və tədarükü zamanı elektron alış aktına dair tələblər, subsidiya mexanizminin dəyişdirilməsi, vergi güzəştlərinin müddətinin uzadılması və ixrac prosesi zamanı ortaya çıxan məsələlər geniş şəkildə təhlil edilib. Müzakirələr zamanı kənd yerlərində elektron alış aktlarının tətbiqi, sənədləşmə prosedurlarının sadələşdirilməsi, fındığın keyfiyyətinin qorunması üçün düzgün yığım və saxlanma qaydaları barədə kənd təsərrüfatı istehsalçılarının maarifləndirilməsi kimi mövzular əhatə olunub.

Eyni zamanda, daha səmərəli sənədləşmə mexanizmlərinin tətbiqi, subsidiyaların məhsulun faktiki miqdarı əsasında verilməsi və yeni qaydalara keçid üçün ikiillik möhlət təklifi irəli sürülüb.

Təqdim olunmuş təkliflərin nəzərdən keçiriləcəyi və bu istiqamətdə müvafiq addımların atılacağı bildirilib. Görüşün sonunda mövcud çağırışların aradan qaldırılması və ixrac potensialının artırılması məqsədilə aidiyyəti qurumlar və bazar iştirakçıları arasında əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Bütün Xəbərlər