Azərbaycan və QDTİB arasında tərəfdaşlıq imkanları genişləndirilir

Azərbaycan və QDTİB arasında tərəfdaşlıq imkanları genişləndirilir
10.09.2025 21:00 İqtisadiyyat

Azərbaycanın maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə Rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

TodayPress TV-nin məlumatına görə, görüşdə Bankın son dövrlərdəki fəaliyyəti, Azərbaycanla QDTİB arasında mövcud tərəfdaşlıq münasibətləri, o cümlədən Bankdakı təmsilçiliyi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edilib ki, QDTİB 2024-cü ildə mürəkkəb geosiyasi vəziyyətdə ehtiyatlı konsolidasiya siyasətinə sadiq qalaraq uğurlu fəaliyyətini davam etdirib. Bankın 2023–2026-cı illəri əhatə edən Orta Müddətli Strategiya və Biznes Planının ilk mərhələsinin uğurla icra olunması, 2024-cü ildə əldə edilmiş nəticələr və 2025-ci ilin ilkin göstəriciləri qurumun əməliyyat imkanlarını və maliyyə dayanıqlılığını nümayiş etdirir.

Azərbaycanın cari iqtisadi vəziyyəti və müsbət tendensiyalar barədə qonaqları məlumatlandıran S.Babayev ölkəmizdə neftdən kənar sahələrin inkişafı istiqamətində ardıcıl addımlar atıldığını, kənd təsərrüfatı, İKT, istehsal, logistika, yaşıl enerji kimi sahələrdə əhəmiyyətli nəticələr əldə olunduğunu və bu islahatların ölkə iqtisadiyyatının dayanıqlılığını artırmaqla yanaşı, inklüziv və uzunmüddətli inkişafı təmin etdiyini bildirib.

Nazir Orta Müddətli Strategiya və Biznes planının ikinci mərhələsinə başlanmasını yüksək qiymətləndirərək, resurs bazasının genişlənməsi və Bankın idarə heyətinin tam formalaşdırılmasının qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə olunmasına imkan yaradacağına əminliyini ifadə edib. Həmçinin, nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası konteksində nəqliyyat və logistika infrastrukturunun inkişafına QDTİB-nin sərmayə yatırmasının önəmi vurğulanıb.

Səfər çərçivəsində iki bankla müqavilənin imzalanması müsbət addım kimi qiymətləndirilib, ölkəmizdə daha çox əməliyyatın həyata keçirilməsi və xüsusilə özəl sektora birbaşa kreditlərin verilməsi vacib hesab olunub.

Öz növbəsində Serhat Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün strateji əhəmiyyət daşıdığını bildirib və ölkəmizdə həyata keçirilən islahatların maliyyə institutları üçün yeni imkanlar açdığını vurğulayıb. O, QDTİB-in Azərbaycanda daha geniş miqyaslı layihələrdə iştirak etməkdə maraqlı olduğunu və birgə təşəbbüslərin dəstəklənəcəyini qeyd edib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 Bütün Xəbərlər