“Sabah” final seriyasında rəqibinə şans tanımır
Azərbaycan Basketbol Liqasında final seriyası davam edir.
TodayPress TV xəbər verir ki, “Sabah” həlledici yarışda ikinci qələbəsini qazanıb.
Bakı İdman Sarayında baş tutan görüşdə “Sabah” “Abşeron Lions”u 112:84 hesabı ilə məğlub edib.
Daha əvvəl komanda rəqibini 98:93 hesaı ilə üstələyib.
Qeyd edək ki, final seriyasında üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.
Namiq HUN