Alessandro Buoncorno: “Çox güclü rəqibimiz var”

Alessandro Buoncorno: “Çox güclü rəqibimiz var”
24.11.2025 18:01 İdman

“Napoli” klubunun futbolçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb.

TodayPress TV xəbər verir ki, matçın əhəmiyyətinə diqqət yetirən Buoncorno, çətin oyuna hazır olacaqlarını bildirib:

“Noyabrın 25-də komandamızın əfsanəsi Dieqo Armando Maradonanın vəfatının 5 illiyi tamam olacaq. Ona görə də bu matç bizim üçün daha böyük anlam daşıyır. Qələbə qazanacağımıza ümidvarıq. Qalibiyyəti ona həsr edəcəyik. Belə stadionda oynamaq bütün rəqiblər üçün çətindir. Rəqibimiz Çempionlar Liqasında bir neçə vacib oyun keçirib. Çox güclü rəqibdir. Ehtiyatlı olmalıyıq. Seriyamızı davam etdirməyə çalışacağıq”.

Qeyd edək ki, Neapolun Dieqo Armando Maradona stadionunda keçiriləcək “Napoli” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 All News