MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi

MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi
17.09.2025 12:21 Hərbi

Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin "Silahlı Qüvvələrin döyüş kursu"nun rəhbər və dinləyici heyəti "Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizə səfər edib. 

TodayPress TV xəbər verir ki, Milli Müdafiə Universitetinin (MMU) rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov briqada generalı Mostafizur Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MMU-da keçirilən görüşdə banqladeşli qonaqlara universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar barədə geniş məlumat verilib.

Görüşdə hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb. 

Briqada generalı M.Rahman xatirə kitabına ürək sözlərini yazıb.  

Səfər çərçivəsində Banqladeş Xalq Respublikası Milli Müdafiə Kollecinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Qonaqlara hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. 

Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.

TodayPress TV

FOTOLAR

MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi — 1
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi — 2
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi — 3
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirildi — 4
XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Bütün Xəbərlər