Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı
09.07.2025 12:49 Hərbi

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıb.

Bu barədə TodayPress TV-yə DSX-dan məlumat verilib.

Bildirilib ki, tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildirilib.

Tərbidlərin sonunda xatirə fotoşəkli çəkilmiş və hərbi qulluqçular təntənəli şəkildə yola salınıb.

FOTOLAR

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 1
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 2
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 3
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 4
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 5
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 6
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 7
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 8
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxıldı — 9
XƏBƏR LENTİ
01 IYUN 2026
İranla bağlı gözlənilməz açıqlama: Hamı rahat olsun, razılaşma olacaq! 10:37 Putin Paşinyanı təbrik etdi 10:34 Prezident: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu 10:30 ŞAD XƏBƏR! İyunda 10 gün iş olmayacaq.... 10:26 İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 10:24 Bu gün 14:00-da... — 4 vaqon yola düşəcək! 10:19 Luis Enrike Avropanı fəth etdi, Makron heyranlığını gizlətmədi! 10:06 Məsud Pezeşkian istefa verib? 10:05 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 10:02 İkinci Dünya müharibəsindən qalan bomba illər sonra partladı: Dəhşətli görüntülər! 09:59 Təbii qazın yeni qiyməti müəyyənləşdi 09:57 Kaleb Orr Azərbaycanda səfərdədir 09:45 Britaniya və Fransa Rusiyaya qarşı əməliyyat keçirdi 09:40 Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rocers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Bütün Xəbərlər