"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası

"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası
22.10.2025 11:28 Hadisə

Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində inşa olunan "Zərdabi Residence" ("Sevinc" MTK) Yaşayış Kompleksinin qaraj üçün nəzərdə tutulan hissəsinin konstruksiyası dəyişdirilərək mənzillər kimi satışa çıxarılıb.

TodayPress TV Bakuplus.az-a istinadən xəbər verir ki, sayta müraciət edən vətəndaşların sözlərinə görə, binadakı liftlə mənfi 4-cü mərtəbəyə qədər eniblər və burada avtomobillər üçün nəzərdə tutulmuş qaraj sahəsində "mənzil"lər tikildiyinin şahidi olublar.

İddiaya görə, qarajın yerindəki evlər müqavilə əsasında satılır. Lakin kompleksin nümayəndələri bu mənzillərin rəsmi satışda olmadığını bildiriblər.

Potensial alıcılar tikinti və təhlükəsizlik normalarının kobud şəkildə pozulduğunu qeyd ediblər. Çünki bu "mənzil"lərdə pəncərə yoxdur, otaqlarda isə yalnız havalandırma çıxışları quraşdırılıb.

"Burada yanğın olsa, necə söndürüləcək? Vətəndaşa bunker satmaq olar? Bu məsələ mütləq araşdırılmalıdır" – şikayətçilərdən biri bildirib.

Qeyd edək ki, kompleksdə ənənəvi şəkildə inşa edilən, yəni yeraltı sahələrdə deyil, normal yaşayış mərtəbələrində yerləşən mənzillərin hər kvadratmetri 2900 manata təklif olunur. Qarajda satılan mənzillərin qiymətləri barədə isə rəsmi məlumat verilmir.

TodayPress TV


FOTOLAR

"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası — 1
"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası — 2
"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası — 3
"Pulun azdı, qarajda yaşa" – Bakıda yeni yaşayış kompleksinin qalmaqallı konsepsiyası — 4
XƏBƏR LENTİ
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Bütün Xəbərlər