Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verdi

Dövlət Xidmətinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verdi
01.10.2025 18:22 Hadisə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin sabiq rəisi, polkovnik-leytenant Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti, kapitan Xalid Əzimov və zabiti, baş leytenant Emil Nəbiyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

TodayPress TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib.

Cinayət işi üzrə şahid qismində tanınan Ülfət Məmmədov bildirib ki, Xəzər Tibb Mərkəzində stomatoloq işləyir və Xəzər Rayon Hərbi Komissarlığında tibbi komissiyanın üzvüdür.

O bildlrib ki, qonşusunun oğluna hərbi xidmətdən möhlət lazım olub: “Mən Ramin Şükürova yaxınlaşdım. Ona həmin şəxsin gözündə və ayağında problem olduğunu dedim. Çağırışçının onun yanına gəlməsini tapşırdı. Dedim ki, ailənin vəziyyəti yaxşı deyil, 4 min manat verə bilərlər. Razılaşdıq. Qonşudan pulu götürdüm və komissarlığa getdim. Ramin dedi ki, pulu 6-cı otaqda Xalid Əzizova ver. Mən də pulu sənədlərin arasına qoyub təhvil verdim. Xalidin bundan xəbəri yox idi. Biz həmin pulu rüşvət kimi deyil, “şirinlik” kimi vermişik”.

Təqsirləndirilən Ramin Şükürov bildirib ki, şahid məhkəməyə yalan ifadə verir: “Şahid tibbi komissiyanın üzvüdür və yoxlanışda iştirak edir. Lakin həmin həkimin çağırışçının səhhətindən şübhələndiyi hallarda hansı hərəkətləri edəcəyini bilmir”.

Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edib. Şahid ibtidai istintaqda bildirib ki, təqsirləndirilən Ramin Şükürov ona bəzi şəxslərin 6 min, bəzilərinin 8 min verdiyini deyib. Şahid məhkəməyə verdiyi ifadəni təsdiq edib və bildirib ki, ibtidai istintaqa həyacanlı olduğu üçün belə ifadə verib.

Məhkəmə 15 oktyabrda davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), Emil Nəbiyevə həmin Məcəllənin 311.3.1 və 311.3.3, Xalid Əzimova isə həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ittiham irəli sürülüb.

Təqsirləndirilən Ramin Şükürov ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Emil Nəbiyevə və Xalid Əzimova isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Ramin Şükürov məhkəmənin qərarı ilə ev dusdalığına buraxılıb

Həmçinin hər üç şəxs barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
"Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Bütün Xəbərlər