Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edildi

Cəlilabadda su bəndində balıqların kütləvi tələf olduğu müəyyən edildi
21.07.2025 07:10 Hadisə

Cəlilabadda göldə əsasən Daban və Çapaq balıq növlərinin tələf olduğu müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Həmdulla Əliyev şifahi olaraq bildirib ki, adı çəkilən Pərdi kəndində su bəndi əslində süni göldür və ora heç yerdən su gəlmir:

"İki il bundan əvvəl hər şey qaydasında idi. Yağışlar yağırdı göldə su olurdu və belə problemlər üzə çıxmırdı. Bu il quraqlıq olması ilə əlaqədar süni göl quruyub və balıqlar hava çatışmamazlıqdan məhv olub. Hazırda hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, ilkin araşdirmalar zamanı, tələf olan, əsasən Daban balığı (Carassius carassius) və Çapaq (Rutilus rutilus) növlərinin olduğu müəyyən edilib. Hadisənin səbəblərini dəqiqləşdirmək məqsədilə göldən su nümunələri götürülüb, eləcə də ölmüş balıqlara pataloji yarma əməliyyatları aparılıb:

"Nümunələrin götürülməsi zamanı göldə suyun temperaturu 34°C olub. İlkin ehtimallara görə, balıqların kütləvi tələf olmasına səbəb kimi havaların kəskin istiləşməsi fonunda su hövzəsində oksigen çatışmazlığı göstərilir. Bu cür vəziyyətlər dayaz və durğun sularda balıqlar üçün təhlükə yaradır".

Araşdırmalar davam etdirilir, laborator nəticələr gözlənilir

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər