Bako Sahakyan Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbini açıqladı

Bako Sahakyan Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbini açıqladı
20.06.2025 21:15 Hadisə
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs Bako Sahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.

TodayPress TV xəbər ki, məhkəmədə prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb. Komissiyasın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər”.

Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.

B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 21-də davam etdiriləcək.
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Bütün Xəbərlər