Atasını güllələyib, meyitini doğrayan yeniyetməyə hökm oxundu

Atasını güllələyib, meyitini doğrayan yeniyetməyə hökm oxundu
11.06.2025 10:22 Hadisə

Atasını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən, yetkinlik yaşına çatmayan D.H-nin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TodayPress TV xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəmənində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin atası Röyal Hüseynovu öldürməsi sübuta yetirlib və o, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ddövlət ittihamçısı da cinayət işi üzrə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il dekabrın 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində baş verib.

Ailə münaqişəsi zəminində yeniyetmə atasını odlu silahla qətlə yetirib, doğrayaraq kənd ərazisindəki kollektora atıb.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

2024-cü il dekabrın 19-da Salyan rayon sakini Röyal Hüseynovun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Keçirilən axtarış-əməliyyat nəticəsində şəxs bədəni hissələrə bölünmüş formada aşkar edilib.

Məlum olub ki, o, qətlə yetirilib, cinayət işini gizlətmək üçün hissələrə ayıraraq kollektora atılıb.

İlkin araşdırma zamanı Röyal Hüseynovun həyat yoldaşı Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.

Mətanət Hüseynova cinayəti öz üzərinə götürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunan sübutlarla məlum olub ki, cinayəti Mətanət Hüseynova deyil, məhrumun oğlu D.H. törədib. Mətanət Hüseynova sərbəst buraxılıb, oğlu saxlanılıb.

Məlum olub ki, Röyal Hüseynov ailəsinə zorakılıq göstərib. Bu zorakılıq davamlı və şiddətli olub.

Buna dözməyən D.H odlu silahdan atəş açaraq atasını qətlə yetirib və izi itirmək üçün meyiti doğrayaraq kollektora atıb.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər