Emin Əmirullayev İstanbulda beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etdi
Türkiyənin İstanbul şəhərində keçirilən Qlobal Dayanıqlı İnkişaf Konqresi çərçivəsində “City Hong Kong” Universitetinin prezidenti Freddi Boey və “Asia Greentech” Fondunun sədri Mikael Ngai ilə görüşdük.
TodayPress TV xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmirullayev "X"da paylaşım edib.
“Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin də iştirak etdiyi görüşdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıldı", - deyə o yazıb.
Töhfə Səməd