Bu il niyə 700 bal toplayan abituriyent olmayıb?

Bu il niyə 700 bal toplayan abituriyent olmayıb?
19.06.2025 16:06 Elm və Təhsil

2025-ci il üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, bu il 700 bal toplayan abituriyent qeydə alınmayıb.

Bu barədə TodayPress TV-yə danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu nəticə yalnız statistik fərqlilik deyil, eyni zamanda qiymətləndirmə modelində və təhsil sistemində baş verən struktur dəyişikliklərinin göstəricisidir.

Onun sözlərinə görə, uzun illər ictimaiyyət üçün motivasiyaedici simvola çevrilmiş “700 bal” bu il qeydə alınmasa da, bu, nə abituriyentlərin zəifliyi, nə də təkcə imtahanın çətinliyi ilə izah edilə bilər:

“Burada həm tədris məzmunu, həm qiymətləndirmə strategiyası, həm də hazırlıq keyfiyyəti kompleks şəkildə nəzərdən keçirilməlidir.

Statistikaya əsasən, 2025-ci ildə I və IV ixtisas qrupları üzrə 600-dən yuxarı bal toplayanların sayı 2500 nəfəri ötüb. Bu isə göstərir ki, yüksək nəticə əldə edənlərin sayı artsa da, heç biri maksimum nəticəyə çata bilməyib. Müqayisə üçün, 2022-ci ildə 51, 2023-cü ildə isə 36 nəfər 700 bal toplamışdı”.

Ekspert bildirib ki, birinci səbəb Dövlət İmtahan Mərkəzinin (DİM) tətbiq etdiyi yeni qiymətləndirmə modelidir. Xüsusilə riyaziyyat və fizika fənləri üzrə tapşırıqlar abituriyentlərdən yalnız bilik deyil, yüksək səviyyəli analitik və tətbiqi bacarıqlar tələb edib. Bu isə hazırkı məktəb proqramlarının imkanlarından daha artıq düşüncə qabiliyyəti tələb edir.

Bundan başqa, qiymətləndirmədəki həssaslıq da mühüm rol oynayıb. Cavab kartlarında və açıq tipli suallarda buraxılan cüzi texniki səhvlər abituriyentə ciddi bal itkisi yaşadıb:

“Bəzi yüksək nəticə göstərənlər sadəcə bir sualdakı səhvə görə 700 baldan məhrum olublar. Bu, qiymətləndirmənin nə qədər sərt və riskli model üzərində qurulduğunu göstərir”.

Mütəxəssis hesab edir ki, tədris prosesi hələ də abituriyentləri yüksək tətbiq bacarıqları ilə imtahana hazırlamaq üçün kifayət deyil. Repetitor hazırlıqları əsasən test yönümlüdür və dərindən düşünmə, modelləşdirmə, əsaslandırma kimi bacarıqları inkişaf etdirmir. Məktəblərdə isə kurikulumun nəzərdə tutduğu bu bacarıqlar praktik olaraq tətbiq olunmur.

Kamran Əsədov qeyd edib ki, dünya ölkələrində məsələn, ABŞ və Böyük Britaniyada – maksimum nəticələr nadir hallarda qeydə alınır və ali təhsil üçün əsas göstərici kimi qəbul edilmir. Əsas diqqət abituriyentin tənqidi düşüncə, kommunikasiya, esse yazmaq və tətbiqetmə bacarıqlarına yönəlib. Finlandiyada isə qəbul prosesində məktəb qiymətləri və yazılı tapşırıqlar əsas götürülür.

Təhsilçi vurğulayıb ki, bu il 700 balın olmaması DİM tərəfindən obyektiv qiymətləndirmənin və yüksək standartların qorunduğunu da göstərə bilər. Lakin bu fakt eyni zamanda təhsil sisteminin struktur və məzmun baxımından ciddi islahatlara ehtiyacı olduğunu da ortaya qoyur.

O, məktəb proqramı ilə imtahan tələbləri arasında uyğunluğun yaradılmasını, müəllim hazırlığının təkmilləşdirilməsini və test yönümlü deyil, səriştə əsaslı təhsil sisteminin qurulmasını vacib sayır. 

“Təhsildə rəqəmlərlə deyil, bacarıq və şəxsiyyət inkişafı ilə öyünmək dövrü başlamalıdır. 700 bal olmaması yeni təhsil modelinə keçid üçün siqnaldır”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Türkan İsgəndərli

FOTOLAR

Bu il niyə 700 bal toplayan abituriyent olmayıb? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
“Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistandan balıq idxalını qadağan edir 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Bütün Xəbərlər