"Ayrılan vəsaitin bir qismi Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib" - Millət vəkili

"Ayrılan vəsaitin bir qismi Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib" - Millət vəkili
03.12.2025 10:55 Elm və Təhsil

“Son onilliklərdə dövlətin elm siyasətinə dair qəbul edilmiş konsepsiya, proqram və qərarların əhəmiyyətini vurğulamaqla yanaşı, xüsusilə “2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın elmi reallıqları açıq şəkildə ortaya qoymasını ayrıca qeyd etmək lazımdır”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, strategiyada yer alan fikirlər elmi mühitin problemlərini düzgün qiymətləndirib: 

“Sənəddə deyilirdi: “Elmi mühit müasir dövrün tələblərinə tam cavab vermir, gənc nəsildə xüsusən fundamental və tətbiqi elmlərə maraq azalıb, cəmiyyətdə elmin və alimin nüfuzu zəifləyib… Elmlər doktorları və elmlər namizədlərinin yaş tərkibi təhlükəli həddə çatan qocalma tendensiyasından xəbər verir…Elmi təşkilatların əsas fondlarındakı avadanlıqların yaşı 20 ildən artıqdır". 

Deputat qeyd edib ki, elm haqqında müzakirələrdə maliyyələşmə məsələsi ən çox qabardılan mövzuya çevrilir. Müqayisə üçün o, Avstriyanın 2024-cü ildə elmə 16 milyard avro – ÜDM-in 3,4 faizi həcmində vəsait ayırdığını, bunun “tədqiqat intensivliyi” baxımından rekord göstərici olduğunu vurğulayıb. Azərbaycanda isə son illərdə ÜDM-in 0,3–0,5 faizi elm xərclərinə yönəldilir. 2020-ci ildə elmə 193 milyon manat, 2024-cü ildə isə 197 milyon manat ayrılıb. Həmçinin əvvəlki illərdə ayrılan vəsaitin bir qisminin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib geri qaytarılması məsələsinin də geniş müzakirə olunduğunu xatırladıb.

Zahid Oruc bildirib ki, maliyyə amili vacib olsa da, elmin inkişafını yalnız büdcə ilə ölçmək doğru deyil: 

“Elmdə real yüksəliş insan kapitalı, şəffaf idarəçilik və sağlam elmi mühit olmadan mümkün deyil.”

O əlavə edib ki, narahatlıq doğuran daha bir tendensiya ölkədən kənara getmədən yaşanan “daxili beyin köçü”dür. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə apardığı sosioloji tədqiqatlar göstərib ki, alimlərin 39,7 faizi intellektual miqrasiyanı, 38,9 faizi kadr və karyera imkanlarını, 34,6 faizi isə alimin ictimai imicini elmin əsas problemləri sırasında görür.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News