Yer üzündə tapılmış ən böyük Mars daşı hərraca çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars daşı hərraca çıxarıldı
14.07.2025 19:30 Dünya

ABŞ-nin məşhur "Sotheby’s auksion" evi 25 kiloqramlıq Mars mənşəli meteorit parçasını hərraca çıxarıb.

TodayPress TV xəbər verir ki, "Associated Press"in məlumatına görə, "NWA 16788" adlı daşın qiyməti 2–4 milyon dollar arasında dəyərləndirilir.

Hərrac çərşənbə günü Nyu-Yorkda keçiriləcək və “Təbii tarix” mövzusuna həsr olunacaq.

"Sotheby’s"in məlumatına görə, bu daş indiyədək Yer üzündə tapılmış Mars mənşəli ən böyük meteorit parçasıdır. Qırmızı, qəhvəyi və boz rəngli bu daşın ölçüləri 375 × 279 × 152 millimetrdir və Yerə çatmamışdan əvvəl təxminən 225 milyon kilometr məsafə qət edib. Onun Mars səthindən asteroid zərbəsi nəticəsində qopduğu ehtimal olunur.

Meteorit 2023-cü ilin noyabrında Niger ərazisində meteorit ovçusu tərəfindən aşkar olunub. Hərrac evinin məlumatına görə, bu daş Yer üzündəki bütün Mars mənşəli materialın 7 faizini təşkil edir və ölçüsünə görə ikinci ən böyük Mars daşından 70% daha böyüktür.

Qeyd olunur ki, Yer üzündə tapılmış 77 000-dən çox rəsmi meteoritin yalnız 400-ü Mars mənşəlidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
01 IYUN 2026
Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Bütün Xəbərlər