Xamenei: "ABŞ-nin təcavüzü regional münaqişəyə çevriləcək"

Xamenei: "ABŞ-nin təcavüzü regional münaqişəyə çevriləcək"
01.02.2026 14:03 Dünya

ABŞ-nin İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək.

TodayPress TV  "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbəri Əli Xamenei bəyan edib. 

Agentliyik onun sözlərindən sitat gətirib: “Amerikalılar bilməlidirlər, əgər onlar müharibəyə başlasalar, bu dəfə bu müharibə regional səviyyədə olacaq”.

O əlavə edib ki, İran xalqı ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqə böyük həcmdə silah göndərilməsi ilə bağlı bəyanatlarından qorxmamalıdır. “Biz müharibələrə başlamırıq və heç bir ölkəyə hücum etmək niyyətində deyilik. Lakin İrana hücum edən və zərər yetirən hər kəsə İran xalqı sərt cavab verəcək”, – deyə İran lideri vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da prezident Tramp “nəhəng bir armadanın” İran istiqamətində hərəkət etdiyini bəyan edib. O, Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” saziş imzalayacağına ümid etdiyini bildirib. ABŞ lideri xatırladıb ki, ötən ilin iyununda ABŞ İran İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirib və bu əməliyyat “Gecəyarısı çəkici” adlandırılıb. Tramp xəbərdarlıq edib ki, “növbəti hücum daha da ağır olacaq” və “buna yol verilməməsinə” çağırıb. 

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini — İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Space TV-də maaş qalmaqalı: Günah Vadoya qaldı 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 All News