Tramp: “Kaliforniyadakı iğtişaşlar maliyyələşdirilir”
ABŞ prezidenti Donald Tramp Kaliforniyada baş verən etirazların və iğtişaşların xarici qüvvələr tərəfindən maliyyələşdirildiyini iddia edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Tramp bu barədə Şimali Karolina ştatındakı "Fort-Bragg" hərbi bazasında hərbçilər və veteranlar qarşısında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Kaliforniyada baş verən hadisələr sülhə, ictimai qaydaya və ABŞ-nin milli suverenliyinə qarşı həyata keçirilən genişmiqyaslı hücumdur.
“Bu, Amerika ərazisinə müdaxilənin davam etdirilməsi məqsədi daşıyan üsyançılar tərəfindən həyata keçirilir və onların əlində xarici bayraqlar var. Buna imkan vermək olmaz”, – deyə Tramp bildirib.
Prezident həmçinin qeyd edib ki, etirazları peşəkarlar təşkil edir və bu proses maliyyələşdirilir.
Qiymət Mahir