Nepal Everest dağının təmizlənməsi üçün beş illik plan başlayır

Nepal Everest dağının təmizlənməsi üçün beş illik plan başlayır
19.12.2025 19:00 Dünya

Nepal hakimiyyəti dünyanın ən hündür “zibil yeri” kimi tanınan Everest dağının təmizlənməsi məqsədilə beş illik kompleks fəaliyyət planına start verib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumata görə, iqlim dəyişikliyi Everestdə çirklənmə problemini daha da kəskinləşdirib. Qar və buzların əriməsi nəticəsində uzun illər əvvəl basdırılmış tullantılar, eləcə də buzlaqlar altındakı insan qalıqları üzə çıxır. Bu isə su mənbələrinin çirklənməsi və dağın ətəyində yaşayan icmalar üçün sağlamlıq riskləri yaradır.

Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyinin hazırladığı plana əsasən, artan ekoloji təhlükələr fonunda Everest Baza Düşərgəsinin (5 364 metr) köçürülməsi imkanları da araşdırılacaq. Hazırkı düşərgə Xumbu buzlağı üzərində yerləşir və buzların əriməsi səbəbindən xüsusilə yay aylarında qeyri-sabit olur.

Yaz dırmanma mövsümündə baza düşərgəsi yüzlərlə alpinist və köməkçi heyətin yerləşdiyi sıx çadır şəhərinə çevrilir. Bu da ətraf mühitə təsiri daha da artırır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 Azərbaycanı dünyada biabır edənlər 16:10 “Qırmızılar” heyətdə ciddi dəyişikliklərə başladı! 16:05 Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 All News