Hakan Fidan İƏT Təşkilatının fövqəladə iclasına sədrlik edəcək

Hakan Fidan İƏT Təşkilatının fövqəladə iclasına sədrlik edəcək
22.08.2025 14:36 Dünya

Türkiyə xarici işlər naziri Hakan Fidan 25 avqustda Ciddədə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci Fövqəladə Nazirlər Toplantısına Türkiyənin İƏT Xarici İşlər Nazirləri Şurasına (XİNŞ) sədrliyi çərçivəsində rəhbərlik edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.  

Toplantı çərçivəsində Hakan Fidanın iki dövlətli həll əsasında Fələstin dövlətinin qurulmasının ədalətli və davamlı sülh üçün yeganə yol olduğunu qeyd etməsi gözlənilir. O, Türkiyənin Qəzzanın yenidən qurulması istiqamətində İƏT-AƏL (Ərəb Dövlətləri Liqası) planına dəstəyinin davam etdiyini də ifadə edəcək.

Nazirin, İƏT və İƏT-AƏL Qəzza üzrə Əlaqələndirmə Qrupunun fəaliyyətlərinin beynəlxalq ictimaiyyətin dəstəyinin təmin olunması baxımından əhəmiyyətini vurğulaması, Fələstin dövlətini tanıyacağını bəyan edən ölkələrin sayının artmasının ümidverici bir inkişaf olduğunu qeyd etməsi də gözlənilir.

Qeyd edək ki, Türkiyə 21-22 iyun tarixlərində İstanbulda keçirilən İƏT-in 51-ci Xarici İşlər Nazirləri Şurasının toplantısına ev sahibliyi etmiş və bir il müddətinə sədrliyi öz üzərinə götürmüşdü. Sözügedən toplantıda Fələstinlə bağlı iki qərar layihəsi qəbul olunmuş və İƏT ölkələri arasında Fələstin məsələsində ortaq mövqenin önəmi vurğulanmışdı. Həmçinin toplantı çərçivəsində “İstanbul Bəyannaməsi” də qəbul edilmişdi.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 Bütün Xəbərlər