Gürcüstanda aksiyalarda zorakılıqlara görə cəzalar sərtləşdirilir

Gürcüstanda aksiyalarda zorakılıqlara görə cəzalar sərtləşdirilir
13.10.2025 23:00 Dünya

Gürcüstanda aksiyalar zamanı qanun pozuntularına yol verənlərə qarşı tətbiq olunan cəzalar sərtləşdiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.

Onun sözlərinə görə, İnzibati xətalar və Cinayət məcəllələrinə ediləcək düzəlişlərlə aksiya və yaxud nümayişin iştirakçısı üzünü maska ilə örtərsə, əlində gözyaşardıcı qaz və ya zəhərləyici maddə olarsa, yolu bağlayıb və yaxud müvəqqəti konstruksiya qurarsa, həmin şəxsi 15 sutkalıq, təşkilatçını isə 20 sutkaya qədər inzibati həbs gözləyəcək.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiya və yaxud nümayişdə iştiraka görə 60 sutkaya qədər inzibati həbs nəzərdə tutulacaq. Aksiya zamanı digər şəxslərin həyat və sağlamlığına zərər vurmaq məqsədilə silah, pirotexniki vasitə və yaxud əşyadan istifadə edənlərə qarşı 60 sutkalıq inzibati həbs cəzası tətbiq olunacaq. Bu cür əməli təkrar törədənlər bir il müddətinə həbs ediləcəklər, üçüncü və sonrakı hər bir oxşar qanunsuz əməl isə iki ilədək müddətə həbslə nəticələnəcək”, - Kirtsxaliya deyib.

O qeyd edib ki, Cinayət Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və yaxud onun qanuni tələbinə əməl etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar:

“Həmin şəxslər bir ilədək müddətə azadlıqdan məhrum ediləcəklər, eyni halın təkrarlanacağı halda isə həbs müddəti iki ilədək artırılacaq”.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Zakir Həsənov Gürcüstan Baş naziri ilə görüşdü - Nələr müzakirə edildi? 11:14 Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq 11:00 BMT ortada qaldı - ABŞ və Çin borclarını ödəmədi 10:59 Azərbaycanın pley-off həyəcanı: rəqib Qazaxıstandır! 10:57 Qızıl və gümüş almaq istəyənlərin NƏZƏRİNƏ! 10:48 Bütün Xəbərlər