Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirildi

Meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirildi
25.06.2025 15:38 Daxili siyasət

Prezident İlham Əliyev Milli Məclisin iyunun 3-də qəbul etdiyi Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bununla da Azərbaycanın meşə fondunda tikinti işlərinin aparılması qaydaları dəyişdirilib.

Yeni qanun “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası və qanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədi ilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin (Sistem) elektron formada təşkil olunması və bu sahədə icraatın (tikintiyə icazə, tikintinin istismarına icazə, texniki şərtlərin verilməsi, məlumatlandırma icraatı çərçivəsində tikilmiş tikinti obyektləri barədə məlumatın təqdim edilməsi və sair) 2024-cü il yanvarın 1-dən həmin Sistem üzərindən elektron qaydada həyata keçirilməsi təsbit və təmin edilib.

Həmçinin Sistemin formalaşdırılmasının, aparılmasının və digər dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının, Sistem vasitəsilə müraciətlərin qəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən etmək məqsədilə ölkə Prezidentinin 2023-cü il 27 dekabr tarixli fərmanı ilə “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi” təsdiq edilib və müvafiq olaraq 2024-cü il yanvarın 1-dən (“Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcək hərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən) qüvvəyə minib. Elektron sistem rəqəmsal texnologiyalardan istifadə yolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlər göstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsinə, habelə bu sahədə nəzarətin effektivliyinin artırılmasına xidmət edir.

Beləliklə, qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi ilə əlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyata keçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır və zəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadan şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. Sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütün tikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədən dərhal Sistemin strukturuna daxil olan Tikintilərin Dövlət Reyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazə Sistemdə formalaşdığından onların “surəti”nin təqdim edilməsi tələbi də ləğv edilib.

Qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə və uyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların “sifarişli poçtla göndərilməsi”nə, “sənədlərin surəti”nə dair müddəaların müvafiq qanunlardan çıxarılması, məlumatların Tikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edən normalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sair aiddir.

Eyni zamanda meşə fondunda tikinti işlərinin aparılmasının tikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılması məqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, dağ-mədən işlərinin aparılmasının isə “Yerin təki haqqında” qanuna uyğun həyata keçirilməsinə dair müddəa əlavə edilir.

XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Bütün Xəbərlər