Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Azərbaycan Ordusunda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi
10.05.2026 19:15 Daxili siyasət

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə nazirliyin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa edilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bütün həyatını xalqına xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvanda anadan olub. Onun ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamız böyük inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzu daha da artıb.

Ulu Öndərin xalqımızın milli şüurunun oyanışı istiqamətində gördüyü böyük işlər nəticəsində Azərbaycan müstəqil və suveren dövlət kimi mövcudluğunu təmin edib.

Onun yorulmaz fəaliyyəti nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də möhkəm təməl yaradılmış, mühüm uğurlar qazanılmış və genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasında layiqli yer tutmaqdadır.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətçiliyimizin iqtisadi dayaqları daha da möhkəmlənib.

Ölkəmiz demokratik dövlət və ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib. Hərbi potensialı gündən-günə artan Ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib və şanlı Zəfər qazanıb.

Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, ordumuzun və dövlətçiliyimizin inkişafı istiqamətində misilsiz xidmətləri, eləcə də əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və bütövlükdə xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt unudulmayacaqdır.

Silsilə tədbirlər çərçivəsində şəxsi heyətin Heydər Əliyev Mərkəzlərinə, muzeylərə ziyarəti təşkil olunub, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilib.

Sonda vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirilib.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 All News