Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?

Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
14.05.2026 14:45 Cəmiyyət

İran ətrafında və Hörmüz boğazında baş verən hadisələr, ABŞ-İsrail-İran qarşıdurması və logistika yollarının tam açılmaması enerji daşıyıcılarının qiymətinə ciddi təsir göstərir. Neftin bahalaşması aviakerosinin də qiymətini artırıb və hazırda bu sahədə 40%-dən çox bahalaşma müşahidə olunur.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qlobal enerji bazarında baş verən proseslərin aviasiya və turizm sektoruna təsirindən danışarkən deyib.

Ekspert bildirib ki, yanacaq aviaşirkətlərin uçuş qiymətlərini müəyyənləşdirməsində əsas meyarlardan birini təşkil edir:

“Aviabiletlərin maya dəyərinin təxminən 35-40%-i yanacağın payına düşür. Ona görə də yanacağın bahalaşması onların qiymət strategiyasına birbaşa təsir edir. Amma məsələ təkcə qiymət artımı deyil, hazırda aviakerosin çatışmazlığı problemi də yaşanır.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dünyada əsas aviayanacaq ixracatçıları sırasında yer alır və regiondakı gərginlik bu tədarük zəncirinə təsir göstərir. Hazırda ABŞ Avropa bazarına daha çox aviayanacaq satmağa başlayıb və bundan əsas qazanan da Amerika şirkətləri olur. Amma yay turizm mövsümünün yaxınlaşması fonunda aviayanacaq çatışmazlığı bir çox aviaşirkəti bəzi reysləri təxirə salmağa və ya daha rentabelli istiqamətlərə üstünlük verməyə məcbur edə bilər”.

N.Cəfərli vurğulayıb ki, problemin uzanması qlobal turizm sektorunda ciddi çətinliklər yarada bilər:

“Turizm qlobal iqtisadiyyatda mühüm yer tutur və bir çox sahəni öz arxasınca aparır. Əgər münaqişə uzansa və mayın sonuna qədər vəziyyət sabitləşməsə, iyun ayından başlayacaq turizm mövsümü həm aviaşirkətlər, həm də turizm sektoru üçün ciddi problemlərlə müşayiət oluna bilər”.

Ekspert hesab edir ki, yaxın həftələrdə vəziyyətin yumşalması ehtimalı var:

“Bu vəziyyət İran üçün də ciddi iqtisadi zərbədir. Ölkə artıq uzun müddətdir blokada şəraitində yaşayır və ixrac imkanlarında problemlərlə üzləşir. ABŞ prezidentinin Çinə səfəri də Hörmüz boğazı ətrafındakı proseslərə təsir göstərə bilər. Çünki Çin də həmin marşrutda yaranan problemlərdən zərər görən əsas ölkələrdən biridir”.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 All News