“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi

“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi
16.07.2025 12:24 Cəmiyyət

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkələrinə qoşulma” işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

TodayPress TV xəbər verir ki, Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov ötən müddət ərzində görülmüş işlər barədə danışıb.

Komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. V. Şıxəliyev ölkə başçısı tərəfindən imzalanmış Qanun və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Qaydalardan irəli gələrək vətəndaşların su şəbəkəsinə 3 prosedur və 30 gün ərzində qoşulmasının tam mümkün olunduğunu vurğulayıb. Yeni islahatların Dünya Bankı Qrupuna təqdim edildiyini və “Su şəbəkəsinə qoşulma” sahəsində əhəmiyyətli irəliləyişlərin mümkünlüyünü diqqətə çatdıran komissiya katibliyinin rəhbəri qoşulma prosesində iştirak edən sahibkarlar arasında müstəqil ekspertlər tərəfindən sorğuların aparılması və maarifləndirmə işlərinin daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Gündəliyə uyğun olaraq "Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası"nın tələblərinə əsasən cari dövr ərzində daxil olmuş müraciətlərin icra vəziyyəti barədə təqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb və qoşulma proseslərinin icrası zamanı yarana biləcək çətinliklərin aradan qaldırılması mövzusunda müzakirələr edilib.

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin təqdimatı olunub.

İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, müstəqil ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, “Caspian Energy Club”ın nümayəndələri və sahibkarlar iştirak edib.

FOTOLAR

“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi — 1
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi — 2
“Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər