Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada tədbir keçirildi

Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada tədbir keçirildi
26.06.2025 17:38 Cəmiyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib. 

TodayPress TV xəbər verir ki, iyunun 25-də Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə "Zəfərin ruhu" adlı səyyar rəsm və foto sərgisi açılıb. 

Əvvəlcə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov və ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Sərginin açılışında Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova Silahlı Qüvvələr Gününün tarixindən, Azərbaycan Ordusunun xalqımıza əbədi Zəfər ruhu qazandırmasından danışıb.

Qeyd olunub ki, sərgidə ordumuzun qəhrəmanlığını, şanlı Zəfər qazanmasını, Qarabağımızın gözəlliklərini əks etdirən rəsm və fotolar yer alıb. Sərgi iyulun 9-dək davam edəcək.

Həmin gün axşam Heydər Əliyev Mərkəzinin həyətində meydanda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və dirijor: Xəyal Qəhrəmanov) konserti olub.

Rəsmilərin çıxışından sonra 

orkestrın ifasında “Koroğlu” operasından "Uvertüra" və “Təntənəli rəqs” səsləndirilib.

Sonra solistlər Rüstəm Cəfərov “Vətən nəğməsi”, “Evləri var xana-xana” xalq mahnısı, Zəminə Mustafayeva “Doğma diyar”, Bayram Üzeyirov “Çahargah rapsodiyası”, Samirə Hacıyeva “Ana torpaq” və “Qarabağ” mahnılarını ifa ediblər.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından rəqs nömrəsi ilə başa çatıb.

Bütün ifalar ağstafalı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.

FOTOLAR

Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada tədbir keçirildi — 1
Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada tədbir keçirildi — 2
Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada tədbir keçirildi — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Bütün Xəbərlər