QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edildi

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələri elan edildi
22.08.2025 11:16 Cəmiyyət

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib.

Bu barədə TodayPress TV-yə Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqələr üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna sentyabrın 22-də başlanacaq. Müraciət üçün son tarix oktyabrın 22-dir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti kiçik qrant müsabiqələri üzrə 15000 manat (icra müddəti 6 ayadək), orta qrant müsabiqəsi üzrə 30000 manat (icra müddəti 9 ayadək), böyük qrant müsabiqəsi üzrə 50000 manatdır (12 ayadək).

Mövzular WUF13 ilə bağlı beynəlxalq təşəbbüslər, ətraf mühitin və sağlamlığın qorunması, insan alveri ilə mübarizə, ənənəvi ailə dəyərlərinin möhkəmləndirilməsi, həssas qruplarla iş, Azərbaycan Respublikasının əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarının hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə, Qərbi Azərbaycana qayıdış prosesi, Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə iş, Regionların sosial-iqtisadi inkişafına ictimai dəstək, Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüsləri (sərbəst mövzu) əhatə edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli, 327 nömrəli Qərarına uyğun olaraq müsabiqə üçün tələb olunan sənədlərə layihə təklifi, layihənin icra planı, layihənin xərclər smetası, layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə), QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri, QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti, QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti, qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar, orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat, orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd, böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin müvafiq olaraq son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə müvafiq olaraq azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr, əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr, QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr, qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri, agentliyin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debütor borcu olan QHT-lərin layihələri müsabiqəyə buraxılmır.

Texniki ekspertizadan keçdikdən sonra layihələrin məqsədinin aydınlığı, innovativliyi, icra müddətinin əsaslandırılması və davamlılığı, büdcəsinin qrant məbləğinə uyğun olması, QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi, layihə üzrə risklərin təhlili, layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi, layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq, QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu, layihədən gözlənilən nəticələr üzrə 100 ballıq sistem üzrə qiymətləndirilir.

QHT-lər layihə təkliflərini Agentliyin saytında xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2025-ci il sentyabr 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv olacaq), şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Bütün Xəbərlər