Psixoloq: “Xəyanət heç vaxt qətlin səbəbi ola bilməz, insan həyatına qıymaq haqqımız yoxdur”

Psixoloq: “Xəyanət heç vaxt qətlin səbəbi ola bilməz, insan həyatına qıymaq haqqımız yoxdur”
17.10.2025 16:37 Cəmiyyət

Tovuzda baş verən və qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə nəticələnən hadisə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. 

Hadisənin xəyanət zəminində baş verdiyi iddia olunur və bəzi insanlar bu amili qətl üçün “haqlı səbəb” kimi görür. 

Psixoloq Nabat Mirzəyeva TodayPress TV - yə açıqlamasında bildirib ki, bu cür hadisələr heç bir halda sadələşdirilməməli və sıradanlaşdırılmamalıdır. 

Onun sözlərinə görə, bu kimi hadisələrin baş verməsi cəmiyyətə, düşüncələrə və insan münasibətlərinə ciddi mənfi təsir göstərir. 

"Belə faciələrdə təkcə bir ailə yox, bütöv bir sistem - qohumlar, övladlar, yaxınlar zərbə alır. Burada artıq bir ailə deyil, bir psixoloji sistem çökür. İstənilən halda qətl hadisəsinə haqq qazandırmaq olmaz. Heç bir vəziyyətdə cinayət, qatillik qəbuledilən deyil. Xəyanət və ailədaxili gərginliklər illərlə toplanır, amma bunun sonu ölüm olmamalıdır. Əgər ailədə anlaşılmazlıqlar varsa, insanlar boşanmaq, ayrılmaq, danışmaq kimi qanuni yolları seçməlidir. Qətl nə sevgiyə, nə də xəyanətə cavab ola bilər".

Psixoloq vurğulayıb ki, bu cür halların kökündə təkcə ailədaxili problemlər deyil, həm də yanlış tərbiyə və gender rollarına dair stereotiplər dayanır:

"Biz oğlan uşaqlarını "sən kişisən, hökm etməlisən, ağlamaq kişiyə yaraşmaz" kimi fikirlərlə böyütməməliyik. Əksinə, onlara sevgi, anlayış, dialoq, problem həll etmə bacarığı aşılamalıyıq. Hər bir insan tərk edilə, ya da tərk edə bilər. Bu, həyatın bir hissəsidir, amma heç vaxt cinayətin bəraəti ola bilməz".

Nabat Mirzəyeva qeyd edib ki, xəyanət hər bir psixoloji travma kimi aşılmağı mümkün olan bir haldır və bu prosesdə peşəkar dəstəkdən istifadə vacibdir:

"Xəyanət dünyanın sonu deyil. Bunun psixoloqları, mütəxəssisləri var. İnsan yaşadığı ağrını qarşısındakı insandan çıxmamalıdır. Biz tərk oluna, yenidən birləşə və ya yolumuza tək davam edə bilərik. Ancaq insan həyatına qıymaq bizim haqqımız deyil", - deyə mütəxəssis fikrini sonlandırıb.

Qeyd edək ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

DİN-dən bildirilib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübutla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Psixoloq: “Xəyanət heç vaxt qətlin səbəbi ola bilməz, insan həyatına qıymaq haqqımız yoxdur” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər