"O, haqqımızı yeyib" - Nazirlik ilə gənclər arasında nə baş verir? – VİDEO

"O, haqqımızı yeyib" - Nazirlik ilə gənclər arasında nə baş verir? – VİDEO
10.12.2025 12:22 Cəmiyyət

2014-cü ildən bəri intellektual oyunların aktiv iştirakçısı olan jurnalist Adil Nəhmətli Azərbaycanda intellektual oyunlar sahəsində fəaliyyət göstərən gənclərin son aylarda problemlərlə üzləşdiyini iddia edir. 

O, bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, gənclər illərdir müxtəlif ensiklopedik bilgilərə sahib komandalarda birləşərək turnirlər təşkil edir, ölkə miqyasında keçirilən yarışlarda iştirak edirlər.

Bu tədbirlərin çoxu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutur. Lakin son dövrlərdə bu sahədə süni maneələr yaradılır:  

"Bu müddət ərzində aktiv fəaliyyət göstərdiyim Xəzər İntellektual Gənclər Klubunun hazırkı sədri Azad Manaflı tərəfindən haqqımız kəsildi. Bu vəziyyət bizə ciddi zərbə vurdu və nəticədə klubdan ayrılmağa qərar verdim. Azad Manaflıya da bildirdim ki, bu cür davranışlar narazılıqlara səbəb olacaq.

Gənclər bilik mübadiləsini sərbəst və maneəsiz mühitdə həyata keçirmək istəyirlər. Heç bir təzyiqin olmadığı şəffaf şəraitdə intellektual sahədə müəyyən qazanc əldə edən insanlar var və bu, tamamilə mümkündür. Bizim isə böyük qazanc gözləntimiz olmayıb. Əsas məqsədimiz tədbirlərin təşkili ilə yanaşı öz biliklərimizi inkişaf etdirməkdir, yoxsa oradan böyük gəlir götürmək niyyətimiz yoxdur".

Müsahibimiz iddia edir ki, indiki rəhbərlik intellektual oyunlardan uzaq olduğu üçün gənclərin maraqlarını qorumur və bu da fikir ayrılıqlarını dərinləşdirir. Onun sözlərinə görə, bununla yanaşı, Xəzər İntellektual Gənclər Klubunun sədri Azad Manaflı onların təşkil etdiyi turnirlərin keçirildiyi məkanlara məktublar göndərərək iştirakçılar barəsində əsassız ittihamlar səsləndirib: 

"Son dövrlərdə əsas tələbimiz klubun sədrinin dəyişdirilməsi idi. Bildiyiniz kimi, klubun bir neçə təsisçisi var və biz bu məsələni onlarla görüşlərdə dəfələrlə qaldırmışıq. Lakin hələlik heç bir nəticə əldə olunmayıb.

Son zamanlar Azad Manaflı təşkil etdiyimiz turnirlərə, universitetlərdə və digər məkanlarda keçirdiyimiz tədbirlərə məktublar göndərərək haqqımızda əsassız iddialar irəli sürür. O, bizi separatçılıqda, oğru aləmini təbliğ etməkdə və digər əsası olmayan fəaliyyətlərdə ittiham edir. 

Bu gərginlik səbəbindən hazırda Azərbaycanda intellektual tədbirlərin sayı xeyli azalıb. Çünki biz harada tədbir təşkil ediriksə, klubun sədri həmin yerə məktub göndərərək prosesə mane olur".

Bu vəziyyət gənclərin gənclər və idman naziri Fərid Qayıbova açıq məktub göndərməsinə səbəb olub. Ancaq müsahibimizin sözlərinə görə, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb. 

"Səbr kasamızın daşdığı bir mərhələdə biz gənclər və idman naziri Fərid Qayıbova açıq məktub ünvanladıq və bir xeyli reaksiya aldıq. Lakin təəssüf ki, Gənclər və İdman Nazirliyində bu istiqamətdə hər hansı bir araşdırma və ya iş aparılmır. Ümumiyyətlə, son dövrlərdə Azad Manaflının bəzi qayda pozuntularına cəhd etdiyini də biz müşahidə etmişik. Məsələn, Gənclər Fondunun qrant müsabiqəsinə qalib olmuş "Azərbaycan Kuboku" layihəsi üçün o, 90 manat iştirak haqqı təyin etmişdi. Halbuki qrant layihəsi olduğundan bütün xərclər əvvəldən qarşılanmışdı. Biz də ona xəbərdarlıq etdik ki, qrant layihəsi üçün iştirak haqqı tətbiq etmək və əlavə gəlir əldə etməyə çalışmaq qanunsuzdur".

Jurnalist bildirib ki, onlar Gənclər və İdman Nazirliyinin məsələyə müdaxilə etməsini və yaranmış vəziyyətin araşdırılmasını tələb edirlər.

Qeyd edək ki, mövzu ilə bağlı Gənclər və İdman Nazirliyinə sorğu ünvaladıq. Qurumdan bildirildi ki, məsələ onların səlahiyyət dairəsinə aid deyil.

Mövzunu diqqətdə saxlayacağıq. 

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 All News