Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verdi

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu üzrə qərar verdi
28.01.2026 12:43 Cəmiyyət

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Məhkəmənin mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata əsasən, KM sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsi baxımından Cinayət Məcəlləsinin 14.2-ci maddəsi (az əhəmiyyətli əməllər) ilə 228.1-ci maddəsinin (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) birgə şərh edilməsinə dair Baş Prokurorluğun sorğusu üzrə qərar qəbul edilib.

Qərarda qeyd edilir ki, Cinayət Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, hansısa əməldə cinayətin formal əlamətləri olsa belə, əgər həmin əməl az əhəmiyyətlidirsə və cəmiyyət üçün real təhlükə yaratmırsa, bu əməl cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır. Qərarda vurğulanıb ki, “az əhəmiyyətli əməl” dedikdə, ictimai təhlükəlilik xüsusiyyəti olmayan davranışlar nəzərdə tutulur və belə əməllər mahiyyətinə görə cinayət anlayışına daxil edilmir.

Eyni zamanda qeyd olunur ki, “az əhəmiyyətlilik” anlayışı qiymətləndirici xarakter daşıyır. Yəni hər bir konkret halda əməlin az əhəmiyyətli olub-olmamasını müəyyən etmək hüquq tətbiq edən orqanların – istintaq, prokurorluq və məhkəmələrin səlahiyyətindədir. Bu qiymətləndirmə aparılarkən işin bütün faktiki halları hərtərəfli araşdırılmalı, əməlin kimə, hansı obyektə yönəldiyi, hansı şəraitdə törədildiyi və şəxsin niyyəti nəzərə alınmalıdır.

Qərarda Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə də xüsusi diqqət yetirilir. Həmin maddəyə əsasən, qanunsuz olaraq odlu silahın, onun hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, saxlanması, daşınması, başqasına verilməsi və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur (yivsiz ov silahları və onların sursatları istisna olmaqla).

KM qeyd edir ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi ondan ibarətdir ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur.

Plenum hesab edir ki, “az əhəmiyyətlilik” xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən müəyyən edilir. Bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) yalnız hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 All News